Xəbər verdiyimiz kimi Türkiyənin Baxçaşəhər bölgəsində azərbaycanlı kriminal aləm üzvləri arasında atışma ölümlə nəticələnib. Kriminal avtoritet Baba Naxçıvanski öldürülüb, Fuad Hacızadə (Xarkov) isə yaralanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Naxçıvanski ləqəbi ilə tanınan kriminal avtoritet Baba Cəfərovun meyiti Türkiyədə morqda müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Mərhumun cənazəsi dəfn olunmaq üçün Azərbaycana gətirilir.
Qeyd edək ki, Baba Naxçıvanski peşəkar cüdoçu və müxtəlif turnirlərin qalibi olub. Mərhumun azyaşlı övladı var.
Seymur Əli