"Metasamor"un durumu avropalıları da narahat edir
13:39 29-01-2013
CƏMİYYƏT
"Metasamor"un durumu avropalıları da narahat edir
Avropa Parlamenti: "Metsamor nüvə stansiyasının 2016-cı ilədək bağlanmalıdır"
Avropa Parlamentinin üzvləri Azərbaycanın işğal olunmuş ərazilərində nəzarətdən kənar nüvə zonalarının olmasından narahatdırlar. Azərbaycanın Belçika və Lüksemburqdakı səfirliyi, Avropa İttifaqı yanında nümayəndəliyindən verilən məlumata görə, Avropa Parlamentinin (AP) Yaşıllar siyasi qrupunun üzvləri Bart Staes (Belçika) və Ulrike Lunaçek (Avstriya) tərəfindən Avropa Komissiyasına "Cənubi Qafqazda nüvə təhlükəsizliyi" mövzusunda sual ünvanlanıb.
AP üzvləri Yerevanın 30 kilometrliyində yerləşən Metsamor nüvə stansiyasını Rusiyadan başqa köhnə sovet tipli və 1960-cı illərdə yaradılmış təzyiqli su reaktorundan istifadə edən sonuncu nüvə zavodu olduğunu və bu nüvə stansiyasının çox həssas tektonik zonada yerləşdiyini xatırladırlar. Hələ 1988-ci ildə nüvə stansiyasının 100 kilometrliyində 6.9 bal gücündə zəlzələnin baş verdiyini və bunun ardınca stansiyasının bağlanıldığını qeyd edən deputatlar 1988-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunun işğalı nəticəsində baş vermiş böhran zamanı stansiyanın bir reaktorunun yenidən işə salındığını bildirirlər.
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və yeddi ətraf rayonun ərazisində nəzarətdən kənar nüvə zonalarının mövcudluğuna diqqəti cəlb edən AP üzvləri bu məsələnin xüsusü narahatlıq doğurduğunu vurğulayır və bu xüsusda AŞPA-nın 2002-ci il tarixli qətnaməsinə istinad edirlər: "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni zonaların mövcudluğu bütün Qafqaz üçün real nüvə təhlükəsi" yaradır.
Deputatlar həmçinin 2012-ci il aprel tarixli AP qətnaməsinə istinad edərək Metsamor nüvə stansiyasının 2016-cı ilədək bağlanması çağırışını xatırladır və bu xüsusda Avropa Komissiyasından Avropa sərhədlərində mümkün yeni Fukuşimanın qarşısının alınması və nüvə təhlükəsinin azadılması üçün hansı praktiki tədbirlərin görüləcəyini sorğu ediblər.
Hərbi ekspert Üzeyir Cəfərovun "Unikal"a bildirdiyinə görə, "Metsamorla bağlı birinci dəfə deyil ki, beynəlxalq qurumların gündəliyinə çıxardılır. Bununla belə, Ermənistan tərəfi yenə də arxayın və ləng tərpənməyini davam etdirir. Metsamorda qəza baş versə, regionda milyonlarla insanın taleyi böyük təhlükə altında qalacaq. Çernobıl faciəsi bunun yanında heç nə olacaq".
Ekspertin fikrincə, "Qəza durumunda olan Metsamor təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün ciddi təhdid deyil. Bu sırada İran və Rusiyanın cənub bölgələri də var. Amma ən böyük təhlükə Ermənistanın özünü gözləyir".
Cəfərov hesab edir ki, "Bölgə dövlətləri bu problemlə bağlı arxayınlıq nümayiş etdirməməlidir və Ermənistana təzyiqlər artmalıdır. Təbii ki, Ermənistanın özü də Metsamordan qaynaqlana biləcək faciənin miqyasını yaxşı bilir, amma bu nüvə obyektini siyasi alver predmetinə çevirib, Qərbdən nələrsə qoparmaq istəyir. Amma belə bir düşüncə tərzi yolverilməzdir. Azərbaycan tərəfi isə daha aktiv davranmalıdır".
Şakir
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00