Suraxanıda kriminal avtoriteti öldürməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1989-cu il təvəllüdlü Aslan Sadıqovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.
Hökmə əsasən Aslan Sadıqovun Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsəbə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib.
Aslan Sadıqov ötən ilin iyul ayında 1979-cu il təvəllüdlü Mail Mustafayevi bıçaqlayaraq qətlə yetirib.
Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.
İttihamda göstərilir ki, hadisədən bir neçə saat əvvəl Aslanla Mayıl arasında mübahisə olub. Mayıl Aslana narkoman deyib. Aslan bu sözləri özünə təhqir kimi qəbul edib.
Bir neçə saat sonra Mayılın "Hövsan" marketin qarşısında dayandığını öyrənən Aslan ora tərəf gədərək Mayıla bıçaq zərbələri endirib.
İttihamda yazılır ki, Aslan hadisəni törədən zaman spirtli içkinin təsiri altında olub.