İsmayıllıda şimal izi
13:39 29-01-2013
CƏMİYYƏT
İsmayıllıda şimal izi
Fuad Ələsgərovdan önəmli mesaj
Qısa müddət ərzində öncə Qubada, daha sonra İsmayıllıda etiraz aksiyasının baş verməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Çünki Bakıda ənənəvi müxalifət bir aylıq hazırlıqdan sonra belə effektli bir aksiya keçirə bilməmələrinə rəğmən, bölgələrdə kifayət qədər radikal və aqressiv aksiyalar keçirildi və demək olar ki, hər iki aksiyada eyni ssenari təkrarlandı; evlər yandırıldı, maşınlar yandırıldı və kütləvi itaətsizlik ortaya çıxdı. Əksəriyyət belə hesab etdi ki, bu aksiyalar eksprom baş verib və kökündə sadəcə olaraq sosial problemlər durur.
Amma hadisələrin kifayət qədər bir-birinə oxşaması, həmçinin hadisələrə reaksiyalar başqa nəticə çıxartmağa əsas verir. İsmayıllı hadisələri ilə bağlı verilmiş son açıqlamada bunun misalıdır. "Son zamanlar Bakı və İsmayıllı rayonunda bir qrup şəxs ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələrin təsiri altına düşərək ictimai asayişi pozmağa, müxtəlif məzmunlu şayiələr yaymaqla insanları çaşdırmağa və cəmiyyətdə qarşıdurma vəziyyəti yaratmağa cəhd göstəriblər". Azərbaycan Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Bakı və İsmayıllı hadisələrinə belə münasibət bildirib.
Fuad Ələsgərov qeyd edib ki, bu xuliqanlıq hərəkətləri ilə müşayiət olunan hadisələrin qarşısı qısa müddət ərzində alınıb və ictimai asayiş bərpa edilib: "Hüquq mühafizə orqanları hər zaman Azərbaycan dövlətçiliyinin keşiyində durub və bundan sonra da duracaq. Heç kəs unutmamalıdır ki, bu dövlət ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində ərsəyə gəlmiş güclü, öz sözünü deməyə, hər cür dağıdıcı qüvvələrin lazımi cavabını verməyə qadir olan bir dövlətdir. Bu dövlət Heydər Əliyevin bizə qoyub getdiyi yadigardır və biz heç kimə imkan verməyəcəyik ki, hansısa destruktiv qüvvələr ölkəmizi öz inkişaf istiqamətindən döndərsin, xaosa və özbaşınalığa sürükləsin. Xalqımız təlatümlər, xaos və özbaşınalıq dövrünü yaxın tarixində artıq yaşayıb. Xalqımız müdrikdir və o günlərin təkrarlanmasını istəmir. İnsanlar sülh və əmin-amanlıq şəraitində yaşamaq istəyir. Yalnız sabitliyin və təhlükəsizliyin təmin olunduğu şəraitdə ölkəmizin davamlı sosial-iqtisadi inkişafına və yenilənməsinə nail olmaq olar".
Gördüyünüz kimi şöbə müdiridə təsdiqləyir ki, ölkədə sabitliyi pozmağa maraqlı olan qüvvələr var. Bu qüvvələrin maraqlıdır, bəs kimliyini necə müəyyənləşdirmək olar və onların qarşısını vaxtında almaq mümkün deyilmi? Konfiliktoloqların qənaəti budur ki, baş verən hər iki hadisənin mahiyyəti eynidir və əsas məqsəd rəsmi Bakıya güc nümayiş etdirməkdir. Yəni hadisə anidən baş verir, iki gün davam edir və sonra sanki heç nə baş verməyib. Əslində isə bu aksiyalar sosial problemlərə görə yaranardısa ən azından hansısa maraqları təmin olunmayana qədər aksiya davam edərdi. Amma görünən budur ki, təşkilatçılar ilkin addımı atır və sonra prosesdən tamamı ilə kənarlaşırlar. Nəticədə toplu nə edəcəyini və nəyə görə belə etdiklərini anlaya bilmir. Buna görə də kompaniyalar 1-2 gündən çox davam etmir.
Bundan başqa hadisələrin sürətli baş verməsi və kifayət qədər aqressiv olması həm də ona işarədir ki, məsələlər ciddi ssenari əsasında hazırlanır və heç bir boşluq buraxılmır. Demək olar ki, az qala şüarlar və baş vermə səbəbləri də eynidir. Qubada icra başçısı qubalıları aşağılayır, İsmayıllıda isə hakimiyyətə ümumiyyətlə dəxli olmayn bir şəxs ismayıllıları aşağılayır. Nəticə isə ortadadır. Növbəti diqqəti cəlb edən məsələ isə budur ki, məhz eyni ssenarili hadisə şimal bölgəsində baş verir və bu ərazilərdə Rusiyanın təsir imkanları kifayət qədər çoxdur. Görünür, bunu hakimiyyət də incəliyinə qədər bilir və bu səbəbdən Fuad Ələsgərov belə bir mesaj səsləndirib.
Ekspertlər bunu da bildirir ki, bu tipli kompaniyalar bir neçə aksiya ilə sona çatmır. Hətta gözlənilir ki, bundan sonra baş verə biləcək bu tipli eksprom olayların aqressivliyi daha da artsın. Tsəvvür edin ki, kütləvi etiraz baş verir və polislə toqquşmada kimsə ölür və ya öldürülür. Bunun nə qədər ajiotaj yaradacağını, hətta nəzarətdən çıxmasını təsəvvür etmək isə o qədər də çətin deyil.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00