"Çıraq" otelinin sahibi nazir oğludur
13:40 29-01-2013
CƏMİYYƏT
"Çıraq" otelinin sahibi nazir oğludur
Vüqar Ələkbərovun şəkili yayıldı
Facebook istifadəçilərindən bir neçəsi İsmayıllıda xalq etirazının ilk ünvanı olan və yandırılan "Çıraq" otelin sahibi, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu, İsmayıllının icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqar Ələkbərovun fotosunu yayıb.
Bunu da əlavə edək ki, İsmayıllı icra başçısı Nizami Ələkbərov yerli mətbuata müsahibəsində rayondakı hadisələrin baş verdiyi "Çıraq" otelinin kimə məxsus olduğunu bilmədiyini açıqlamışdı. Indi isə Mədəniyyət və Turizm nazirliyinin saytında İsmayıllı hadisəsində yandırılan otelin sahibinin doğrudan da nazir Füzuli Ələkbərovun oğlu, yəni İsmayıllı rayonunun icra başçısı Nizami Ələkbərovun qardaşı oğlu Vüqara məxsus olduğunu sübut edən fotofaktlar yayılıb. Həmin fotodan da görünür ki, Çıraq otelinin təsisçisi Ələkbərov Vüqar Füzuli oğludur və otel onun adına qeydiyyatdan keçib. Sadəcə olaraq oteli Vüqar Ələkbərovun yaxın dostu işlədirmiş. "Unikal"a daxil olan məlumata görə "Çıraq" oteli həm də Vüqar Ələkbərovun və ona yaxın şəxslərin əyləncə yerinə çevrilibmiş. Buna görə yerli sakinlər dəfələrlə etirazlarını bildirsələrdə ölçü götürən tapılmayıb. Sonu isə bildiyiniz ki, "Çıraq" otelinin yanması ilə başa çatdı.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00