Hindistanın Çxattisqarx ştatında bir qrup maoist yaraqlıları ilə qarşıdurmada həlak olan hərbçilərin sayı 23-ə çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 33 nəfər isə yaralanıb.
Üsyançılar təhlükəsizlik qüvvələrini Bijapur bölgəsindəki cəngəllikdə pusquya salıb. Sağ qalan əsgərlərin sözlərinə görə, pusquda 400-ə yaxın yaraqlı olub. Döyüşdə 12 maoist öldürülüb, 16 nəfər yaralanıb.
Hindistan Baş naziri Narendra Modi döyüşdə həlak olanların ailələrinə başsağlığı verib, yaralılara tez bir zamanda sağalmağı arzulayıb.
Maoistlər ölkədə 1960-cı illərdən fəaliyyət göstərirlər. Onlar maoizmi, marksizm-leninizmi öz versiyalarına uyğun təbliğ edirlər və hazırda Hindistanın 28 ştatının 14-də aktivdirlər.
Onlar meşələrdə gizlənərək məmurlara və polisə hücum edirlər. Rəsmi Dehli maoistləri ölkənin təhlükəsizliyi üçün əsas daxili təhdidlərdən biri hesab edir.