Neyroteknologiya sahəsində çalışan "Brainscope" adlı şirkət, iflic olan insanlara heç bir kabel bağlantısı olmadan, sadəcə düşünərək yazmağı təmin edən bir kompüter hazırlayıb.
Unikal.org xəbər verir ki, "BrainGate" texnologiyasından istifadə edərək yaradılan beyin nəzarətində olan kompüter, ilk dəfə simsiz şəkildə insan beyninə qoşulub.
"Brainscope" şirkətinin işi iflic olan şəxslərin əllərindən istifadə edə bilən insan kimi yazmalarına imkan verməsidir. Tədqiqat həmçinin iflic olan iştirakçıların sağlam insanların sürətində yazmağı bacardıqlarını göstərir.