İranda ötən sutka ərzində 172 nəfər koronavirusdan (COVID-19) ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 63 332 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 890 nəfər koronavirusa yoluxub və virusa yoluxanların ümumi sayı 1 945 964 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 095 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 1 658 978 nəfər koronavirusdan sağalıb, 13,1 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 88 rayon qırmızı və 139 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara gediş-gəliş qadağandır. Bundan başqa 198 rayon sarı, 23 rayon isə mavi zona hesab olunur.