Sabirabadda Sosialist Əməyi Qəhrəmanının evindən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Unikal.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan bildiirlib.

Qeyd edilib ki, rayon sakini Fatma Hüseynova Sabirabad Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək mart ayı ərzində onun evindən 28 min manat civarında pulun oğurlanması barədə məlumat verib.

Müraciətlə əlaqədar olaraq RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər məhum edilmiş Elşən Umudov saxlanılıb.

Dindirilmə zamanı E.Umudov törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırma aparılır.