Xəbər verdiyimiz kimi, müğənni Xatirə İslam və həyat yoldaşı koronavirusa yoluxub.
Bakı Sağlamlıq Mərkəzindən Unikal.org-a verilən məlumata görə, sənətçi və həyat yoldaşı dünən xəstəxanaya yerləşdirilib:
"Müğənni Xatirə (İslam) Əzizova və həyat yoldaşı Fəxrəddin Musazadə dünən gecə Bakı Sağlamlıq Mərkəzinin İnfeksion Covid-19 şöbəsinə “viral pnevmoniya” diaqnozu ilə qəbul edilib. Xatirə Əzizovanın vəziyyəti orta ağırlıqda, Fəxrəddin Musazadənin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Müayinə və müalicə tədbirlərinə başlanılıb, hazırda müalicələri davam etdirilir" deyə BSM-dən bildirilib.
***11:34
Müğənni Xatirə İslam və həyat yoldaşı koronavirusa yoluxub.
Müğənninin yaxınlarından Unikal.org-a verilən məlumata görə, sənətçinin və həyat yoldaşının vəziyyəti pis olduğu üçün təcili Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Bildirilir ki, Xatirə İslamın həyat yoldaşı Fəxrəddinin vəziyyəti ağır, sənətçinin durumu isə stabildir.
Gülayə Mecid