"Ermənistan hazırda AİB-in üzvüdür, nöqtə".
"Unikal" xəbər verir ki, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri David Xudatyan bunu parlamentdə jurnalistlərlə söhbətində Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanın qərar verməli olduğu barədə fikirlərini şərh edərkən bildirib.
"Ermənistan tərəfi bu məsələ ilə bağlı dəfələrlə şərh verib. Ermənistan hazırda AİB-in üzvüdür. Planlarımız eyni olaraq qalır və Baş nazir bu planları dəfələrlə təqdim edib. Beləliklə, biz AİB-dəyik, nöqtə", - deyə o bildirib.
Baş nazir Nikol Paşinyanın seçkilərdən dərhal sonra Moskvaya səfər etmək vədinə münasibət bildirən Xudatyan xatırladıb ki, seçkilərin yekun nəticələri hələlik açıqlanmayıb və buna görə də baş nazirin xarici səfərləri üçün təsdiqlənmiş cədvəl yoxdur.
Xatırladaq ki, Avrasiya İqtisadi Birliyi — 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır.
Gülayə Mecid




























.jpg)










.jpg)











