Yəməndə 20 yaşlı model Entesar El-Hammadi qaçırılaraq həbs edilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, gənc qız iki həmkarı ilə birlikdə çəkilişə gedərkən küçədən keçən avtomobildəki naməlum şəxslər tərəfindən qaçırılıb. Hadisə paytaxt Sənada baş verib. Onun hazırda gizli həbsxanada saxlanıldığı bildirilir.
Modelin qaçırılmasına səbəb kimi isə, islam qanunlarına zidd libaslar və geyimlərdən istifadə etməsi göstərilir.