Xalq artisti Röya Ayxan "ATV maqazin onlarla" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçi proqram boyunca maraqlı açıqlamalar verib. Belə ki, Röya illərlə danışmadığı Aygün Kazımova ilə duet oxumaq istədiyini açıqlayıb.
"Aygün Kazımova, Tünzalə Ağayeva və Zülfiyyə Xanbabayeva ilə uğurlu duetimiz olar. Üçü də ayrı-ayrı xasiyyətdə xanımlardır. Onların hər birinin sənət dünyasında özümü görə bilirəm. İnanıram ki, onlarla maraqlı bir əsərlər ərsəyə gələ bilər: şou, sallanmaq, göydən tullanmaq, yıxılmaq. Xanımlarla duetim olmayıb".