Müğənni İlhamə Qasımova "Günün sədası" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, sənətçi proqramda antidepressantlar qəbul etdiyini etiraf edib.
"Hər dəfə karantin, qapanma olanda panik atak keçirirəm. Məndə yüksəkdir, antidepressantlar atıram. İki-üç il əvvəl olub. Amerikada olanda yarandı. Düşündüm ki, təklikdəndir. Bura gələndə azaldı. İki ay əvvəl lap çoxaldı. Pis vəziyyətə düşdüm. Elə bilirəm ürəyim dayanacaq və öləcəm. Maska ilə dolaşa bilmirəm. Ona görə də evdə otururam".