Türkiyənin ən reytinqli seriallarından olan "Yasak elma"da aktyor ayrılığı yaşanacaq.
Unikal.org xəbər verir ki, bu dəfə layihəni baş rol obrazlarından biri tərk edəcək.
Yayılan iddialara əsasən, növbəti bölümdə əsas obrazları ifa edən aktrisalar Nəsrin Cavadzadə və Şevval Samdan biri “Yasak elma” ilə yollarını ayıracaq.
Belə ki, yayımlanacaq növbəti hissədə ağır qəza yaşanacaq. Bununla da, iki aktrisadan biri ekran işini tərk edəcək. Qeyd edək ki, serialda Şevval Sam "Ender", Nəsrin Cavadzadə isə "Şahika" rolunu ifa edir.