Azərbaycan əsilli  məşhur aktrisa Nəsrin Cavadzadə eşq yaşadığı türkiyəli aktyor Göhkan Alkandan ayrıldığı xəbəri ilə gündəmə  gəlib. 

Unikal.org xəbər verir ki,  aktrisa sevgilisinə aid bütün şəkilləri "Instagram"dan silib.  

Belə ki,  fotoların silinməsi ilə diqqət çəkən  Nəsrin hələ ki, bu barədə  açıqlama verməyib. 

Qeyd edək ki, cütlük  "Yasak elma" serialında tanış olub.  Bir müddət  dost olan sənətçilər sonradan eşq yaşadıqlarını  sosial mediadan etiraf etmişdilər.