"Bakılı oğlanlar" KVN komandasının əfsanəvi kapitanı, ictimai xadim Anar Məmmədxanovun ölümündən 10 il keçir.

Unikal.org xəbər verir ki, bu münasibətlə ailə üzvləri, yaxınları, dostları Anar Məmmədxanovun qəbrini ziyarət edib, gül dəstələri qoyublar.

Qeyd edək ki, A. Məmmədxanov 2011-ci il aprelin 23-də dünyasını dəyişib.

Allah rəhmət eləsin!