Türkiyəli müğənni Alişan sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.
Unikal.org xəbər verir ki, ifaçı, "Twitter" hesabındakı yazısı ilə, ABŞ prezidenti Co Baydenin müzakirələrə səbəb olan "Erməni soyqırımı" ifadəsinə sərt reaksiya verib.
“Soyqırım axtaranlar, öz tarixlərində dəfələrlə etdikləri soyqırımı tapa bilərlər. Bizim tariximizdə soyqırım yoxdur. Tariximiz şanlı, şərəfli qürurla doludur” - deyə, sənətçi, paylaşımında bildirib.
Qeyd edək ki, ötən gün, Amerika prezidenti Co Bayden 1915-ci il hadisələrindən danışarkən “Erməni soyqırımı” ifadəsini işlədib.