Türkiyəli  tanınmış aktyor Ertuğ Koruyan dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, kino ulduzu 76 yaşında infarktdan vəfat edib. Aktyor dünən axşam saatlarında Muğladakı evində dünyasını dəyişib.

Qeyd edək ki, Ertuğ kareyerası boyunca bir çox filmlərdə və seriallarda çəkilib. Zeki Alasya, Metin Akpınar və Kemal Sunal kimi məşhur aktyorlarla dəfələrlə kameralar qarşısına keçib.