Məşhur türkiyəli musiqiçi Asım Ekren vəfat edib.

Unikal.org türk mediasına istinadən xəbər verir ki, Türkiyənin keçmiş prezidenti Turqut Özalın qızı Zeynep Özalla ailəli olan Ekren bu gün dünyasını dəyişib.

Bir vaxtlar "milli kürəkən" adlandırılan Ekren daha sonra Zeynep Özaldan ayrılmışdı. O, 2011-ci ildə xərçəng xəstəliyi olduğunu öyrənib. Uzun müddətdir müalicə üçün İstanbulda yaşayırdı.