Əməkdar artist Baloğlan Əşrəfovun ölümü ilə bağlı kədərini bölüşən şair, ədəbiyyatşünas Vüqar Əhməd sosial şəbəkə hesabında yazı paylaşıb.
Unikal.org xəbər verir ki, Vüqar Əhməd sənətçi ilə sonuncu dəfə telefon danışığından bəhs edib.
"Onunla üç saat öncə danışdım. Dedi, Vüqar, yaxşı olacağam. Heyf. Özümə gələ bilmirəm. Allah rəhmət eləsin”, - V.Əhməd əlavə edib.
Qeyd edək ki, Əməkdar artist Baloğlan Əşrəfov ötən gün koronavirusdan vəfat edib.