Xəbər verdiyimiz kimi, Əməkdar artist Baloğlan Əşrəfov dünən Masallı rayonunda torpağa tapşırılıb.
Unikal.org xəbər verir ki, sənətkarın məzarı ilə bağlı tanınmış aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında narahatçılığını dilə gətirib.
O, məzarın üstündə çələng və ya gül olmadığını bildirərək, Baloğlan Əşrəfovun yaxın sənət dostlarını qınayıb:
"Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn mərasimini izlədim bir çələng də görmədim. Dostlarının 200 AZN pulu yox idi ki, bir çələng göndərsin. Ona dostum, qardaşım deyənlərə ayıb olsun. Məzarını çiçəklərə qərq edə bilməzdilər?! Mərhumun çox sevdiyim üçün mənə pis təsir etdi. Fani dünya..."