Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.
Bununla bağlı Unikal.org-a açıqlama verən sənətçinin oğlu bildirib ki, atasının müalicəsi davam etdirilir.
"Gözləyirik. Dua edirik ki, atamın durumu yaxşıya doğru dəyişsin. Vəziyyəti ağır olaraq qalır. Hələ ki, səhhətində dəyişiklik yoxdur".
Qeyd edək ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor "Yeni klinika"ya yerləşdirilib.
Gülayə Mecid