Müğənni Şəbnəm Tovuzlu "Xəbər-ətər" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçı proqram boyunca açıqlamalar verib. Belə ki, o, 12 min manat borcunun olduğunu açıqlayıb.
Həmçinin Şəbnəm pulu atasından aldığını da deyib:
"Borc verdiklərimiz də, aldıqlarımız da olub. Əgər uzaqdayamsa, deyirəm ki, onu ora çatdır mən gəlirəm. Açıq etiraf edirəm ki, atama 12 min manat borcum var. O da deyir ödəyəcəksən. Söz verirəm ki, mayın sonu pul səndədir. Atam "nemes" kimi dəqiq adamdır. Dedinsə, həmin an etməlisən".