Tbilisinin Diqomi kəndində 4 nəfərin yaralanması ilə nəticələnən silahlı insident olub.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yaralılar xəstəxanalara çatdırılıblar.
Faktla əlaqədar Gürcüstan Cinayət Məcəlləsinin odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması, həmçinin ağır bədən xəsarəti yetirmə maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.