Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1788 yoluxma halı qeydə alınıb, 31 nəfər ölüb.
Unikal.org-un xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 324 256, xəstəlikdən ölənlərin sayı isə 4 335 nəfərə çatıb.
Koronavirusa yoluxanlardan 303 679 nəfərin sağaldığı bildirilir.