Pakistanda televiziyaların birində qəribə  anlar yaşanıb.  

 Unikal.org xəbər  verir ki,  TV proqramlarının birində  canlı yayım zamanı sabiq mətbuat naziri  Aşıq Avanla,  qadın deputat Qadir Mandokhelə arasında mübahisə yaşanıb.  

Belə  ki, aparıcı  hər iki  şəxsi  sakitləşdirməyə çalışsa da, onlar arasında mübahisə daha da qızğınlaşıb. Bundan sonra qadın millət vəkil, nazirin üzünə  sillə vurmağa başlayıb. Bir anlıq canlı yayımda olduqlarını  unudan siyasi şəxslərin görüntüləri  mediada gündəm yaradıb.