Əfqanıstanın paytaxtı Kabildə şəhərində şənbə günü baş verən iki partlayış nəticəsində ən azı 5 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı Daxili İşlər Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Qeyd olunur ki, partlayışlar şəhərin iki rayonunda yarım saatdan az olan fərqlə baş verib. Partlayışların hədəfi mülki vətəndaşları daşıyan iki mikroavtobus olub.
Daxili İşlər Nazirliyi qurbanların sayının arta biləcəyini istisna etmir.