Ötən ay 825 nəfərin Azərbaycandan çıxışına qadağa qoyulub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin iyun ayındakı icmalında məlumat verilib.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 330 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

Sözügedən dövrdə girişi qadağan olan 32 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.