Çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) məlumat yayıb.

Belə ki, müsabiqədə 16 ictimai-siyasi qəzet qalib olub.

Bundan başqa, MEDİA onlayn media subyektləri üçün elan edilmiş müsabiqənin nəticələrini açıqlayıb. Müsabiqədə 34 ictimai-siyasi, 5 idman məzmunlu sayt qalib olub.