SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək.

"Unikal" xəbər verir ki, görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər.