İsrailin Rusiyadakı səfirliyinin konsulluq bölməsində yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə diplomatik nümayəndəlik açıqlayıb.
Məlumata görə, hadisə ötən gün baş verib. Xəsarət alan olmayıb.
Səfirlik yanğının tez bir zamanda söndürüldüyünü açıqlayıb. Lakin konsulluq şöbəsi təmir işləri ilə əlaqədar olaraq yaxın bir neçə gün ərzində ziyarətçiləri qəbul etməyəcək.
Ağarza Elçinoğlu




















































