Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin Ermənistana gözlənilən səfəri bəzi hökumət dairələrində də narahatlıq yaradıb.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Bir müddət öncə Avropa forumu və xüsusən də Zelenskinin səfərindən sonra Rusiya ixrac məhdudiyyətləri şəklində sanksiyalar tətbiq etdi. İndi isə avropalı xanımın səfərindən sonra Rusiyanın ikinci böyük sanksiya paketi tətbiq edəcəyi proqnozlaşdırılır.
Bildirilib ki, Marta Kosun da qatılacağı 1-2 iyul tarixlərində Avropa nümayəndə heyətinin səfəri, parlament seçkilərindən sonra və Konstitusiya Məhkəməsinin qərarının dərc olunmasından əvvəl Nikol Paşinyana unikal dəstək jesti olacaq. Lakin bunun nəticələrini xalq, ilk növbədə, biznes qurumları hiss edəcək.
Ağarza Elçinoğlu





















































