Livanda atəşkəsin həyata keçirilməsinə nəzarət məqsədilə İran, ABŞ və Livan üçtərəfli işçi qrupu yaratmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf dövlət televiziyasına müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, Livanın dövlət suverenliyinin təmin olunması məqsədilə İran, ABŞ və Livan nümayəndələrinin təmsil olunacağı birgə komitə fəaliyyət göstərəcək. Qalibaf bildirib ki, İranın Livandakı səfiri də komitədə ölkəsini təmsil edəcək.

Parlament sədri qeyd edib ki, cari ayın əvvəlində Tehran və Vaşinqton Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

Bildirilib ki, iyunun 21-də Qətər və Pakistanın vasitəçiliyi ilə İsveçrədə memorandumun icrasına dair ABŞ və İran nümayəndələri arasında danışıqlar keçirilib.