2026-cı il dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.

"Unikal" xəbər verir ki, günün ilk matçında Fil Dişi Sahili və Norveç milliləri üz-üzə gəlib.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayıb.

Oyunda hesabı Norveç millisi açıb. Antonio Nusa qarşısıalınmaz zərbə ilə komandasını önə keçirib: 1:0. İlk hissədə başqa qol vurulmayıb.

Afrika təmsilçisi 74-cü dəqiqədə bərabərlik qolunu vurub. Amad Diallo fərqlənib. 86-cı dəqiqədə səhnəyə Erlinq Haaland çıxıb. "Siti"nin ulduzu hesabı 2:1 edən qolu vurub.

Görüş bu hesabla başa çatıb və Norveç millisi adını növbəti mərhələyə yazdırıb.

Norveç 1/8 final mərhələsində Braziliya yığması ilə qarşılaşacaq.