Belarusla Azərbaycanın birgə layihələri Qarabağ da daxil olmaqla bütün ölkəni əhatə edir.
"Unikal" xəbər verir ki, bunu Belarus Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç Belarusun Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.
İkitərəfli əməkdaşlıq mövzusuna toxunan diplomat ölkə liderlərinin rolunu xüsusi vurğulayıb:
"Böyük məmnuniyyətlə vurğulamaq istərdim ki, liderlərimiz Aleksandr Lukaşenko və İlham Əliyevin müdrik rəhbərliyi altında ölkələrimiz arasındakı strateji tərəfdaşlıq siyasi dialoq, humanitar əlaqələr və regional təmaslarla güclənir. Bu da qarşılıqlı ticarət dövriyyəsinin artmasında və birgə kooperasiya layihələrinin çoxalmasında özünü göstərir".
Qeyd olunub ki, ötən il ərzində hökumət başçılarının, Baş nazirin müavinlərinin (Hökumətlərarası Komissiyanın həmsədrləri), Milli Assambleyanın Nümayəndələr Palatası sədrinin və bir sıra nazirliklərin qarşılıqlı səfərləri baş tutub, həmçinin biznes dairələrinin nümayəndələri tərəfindən 40 qarşılıqlı səfər reallaşdırılıb.
Səfirin sözlərinə görə, birgə layihələrin coğrafiyası praktiki olaraq bütün Azərbaycan ərazisini əhatə edir:
"Bu əlaqələr Bakı, Gəncə və Sumqayıtdan Şəki, Qəbələ, Ağdam, Xankəndi və bütövlükdə Qarabağa qədər uzanır".








































.jpg)











