İranda vertolyot qəzasında xəsarət alanların sayı 11 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bunu Lorestan əyalətinin təcili tibbi yardım xidmətindən bildiriblər.

Məlumata görə, qəzada 1 nəfər həyatını itirib.

Qeyd edək ki, bu gün səhər Xuzestan əyalətinin təcili tibbi yardım vertolyotu əyalətin seçki qərargahına səyyar səsvermə qutularını aparan zaman Lorestan əyaləti ərazisində qəzaya uğrayıb.