Nazirlər Kabinetinin 2011-ci il 31 oktyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.

"Unikal" xəbər verir ki, Baş nazir Əli Əsədov bu barədə Qərar imzalayıb.

Qərara əsasən, Təsnifatda yeni ixtisaslar əlavə olunub. Onlar aşağıdakılardır:

- "Tədbirlərin planlaşdırılması və təşkili", "Satış və marketinq" və "Satınalmaların

təşkili",

- "Mexatronika" və "İstehsalata rəqəmsal nəzarət sistemləri";

- "Rəqəmsal məzmun idarəçiliyi" və "3D rəqəmsal oyun dizayneri",

- "Bitki mühafizəsi və fumiqasiya işləri üzrə texnik".

- "Geodeziya və kartoqrafiya".

- "Qida emalı texnologiyaları",

- "Rəqəmsal inşaat üzrə mütəxəssis",

- "Elektrik sayğacları texniki".