Polşa hakimiyyəti Ukraynaya MiQ-29 qırıcı təyyarələrini verməkdən imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış bildirib.
Nazir bildirib ki, Polşa və Ukrayna arasında Kiyevin döyüş meydanında dronlardan istifadə təcrübəsini Varşava ilə bölüşməsi barədə razılıq əldə edilib. O, bunu simvolik, lakin çox vacib bir jest kimi təsvir edib. Bunun müqabilində Polşa Ukraynaya MiQ qırıcı təyyarələri verməli idi.
Lakin Kosinyak-Kamış bildirib ki, Ukrayna əvvəlcə razılaşsa da, sonradan bu razılaşmalardan imtina edib. O əlavə edib ki, "Ukrayna üçün MiQ-lər olmayacaq, çünki Polşanın dronları, daha dəqiq desək, dron imkanları yoxdur".







.jpg)















.webp)



.jpg)


























