"Sahibkarlığa həmişə yardım göstərilib. Qeyri-qanuni yoxlamaların aradan qaldırılması, güzəştli kreditlərin verilməsi və s. qeyd etmək istərdim".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
"Bizdə sahibkar elə başa düşür ki, yatırdığı investisiyanı 1 il içində götürməlidir. Dünya praktikasında bir sahibkarın illik gəliri 10%-dən artıq olursa, onunla ciddi qurumlar məşğul olur", - deyə deputat bildirib.
S.Novruzov vətəndaşların aldadılmasından danışıb: "Vətəndaşlardan şəxsiyyət vəsiqəsini alaraq onların adlarına şirkətlər yaradırlar. Bir kənndə oturmuş şəxs görür ki, adına 60 min manat vergi borcu olduğu halda məlumat gəlir. Həmin şəxs də pis vəziyyətdə qalır. Hara müraciət edirsə, deyirlər sənədlər sənin adınadır".
Anar Kəlbiyev

























.webp)



.jpg)























