Ermənistanı xarici ölkələrdə təmsil edən diplomatlar elektron səsvermədə iştirak edib.

Unikal.org xəbər verir ki, “Mediaport” nəşrinin məlumatına görə, səsvermədə iştirak edən diplomatlar birmənalı şəkildə Nikol Paşinyanı dəstəkləməyiblər.

Belə ki, diplomatlar və ailə üzvlərindən səsvermərdə 284 nəfər iştirak edib.

Onlardan 168 nəfəri “Ermənistan” blokunu, 112-si “Mənim şərəfim var” blokunu dəstəkləyib. Diplomatik nümayəndəliklərdən Nikol Paşinyanın partiyasına cəmi 4 səs verilib”, - deyə nəşr qeyd edib.