ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ-İran danışıqlarının keçiriləcəyi Qətərin paytaxtı Dohaya səfər edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
CNN qeyd edir ki, Uitkoffun ABŞ prezidentinin kürəkəni Cared Kuşnerin müşayiət edib-etməməsi barədə heç bir məlumat yoxdur.
Tramp əvvəllər ABŞ-İran danışıqlarının çərşənbə axşamı Dohada keçiriləcəyini açıqlamışdı. Lakin İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi daha sonra Tehranın yaxın günlərdə Qətərdə ABŞ ilə heç bir əlaqə qurmağı planlaşdırmadığını bildirmişdi.





















































