Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.

"Unikal" AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu komandalar iyulun 1-də ikinci yoxlama oyununda üz-üzə gələcəklər.