Burkina-Faso hakimiyyəti Parisə 26 iyundan etibarən Uaqaduqudakı səfirliyini bağlamaq üçün yeddi gün vaxt verib.

"Unikal" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb.

Bundan əvvəl ölkənin hərbi hökuməti Parisi "açıq-aşkar neokolonial ambisiyalarda" və terrorçuları dəstəkləməkdə ittiham edərək, onunla diplomatik əlaqələrin dərhal kəsildiyini elan etmişdi.

Fransa Xarici İşlər Nazirliyi bu qərarı "düşməncəsinə və əsassız" adlandırmışdı. İki ölkə arasında münasibətlər 2022-ci il çevrilişindən sonra kəskin şəkildə pisləşib. Bundan sonra yeni hökumət fransız diplomatlarını qovub, hərbi əməkdaşlığı kəsib və yüzlərlə fransız əsgərinin geri çəkilməsini tələb edib.