Futbol üzrə dünya çempionatında Paraqvay Almaniyanı məğlub edib.

"Unikal" xəbər verir ki, Boston stadionunda keçirilən 1/16 final matçının əsas və əlavə vaxtında qələbə qazanan tərəf olmayıb – 1:1.

Paraqvayın heyətində Xulio Ensiso (42), Bundestimdə isə Kay Havertz (54) fərqləniblər.

Əlavə hissələrdə də hesab dəyişməyib və qalib penaltilər seriyasında bəlli olub. Paraqvay penaltilərdə 4:3 hesabı ilə qalib gəlib.

Paraqvay millisi 1/8 finalda Fransa - İsveç cütlüyünün qalibi ilə qarşılaşacaq. Almaniya isə turnirdə mübarizəni dayandırıb.