Əfqanıstanın paytaxtı Kabulda və başqa şəhərlərdə 5,1 bal gücündə zəlzələ olub.
Unikal.org xəbər verir ki, məlumatı ölkənin Təbii Ehtiyatlar üzrə Dövlət Komitəsi yayıb. Yeraltı təkanların ocağı ölkənin şimal-şərqindəki Hinduquş dağ silsiləsində, 18,6 km dərinlikdə yerləşib.
İnsan itkisi və dağıntılar barədə hələlik məlumat yayılmayıb.