Yaponiya və İtaliya, Fransa, Yunanıstan daxil olmaqla bir sıra Avropa ölkələri koronavirus əleyhinə peyvənd olunan vətəndaşların qarşılıqlı səfərinə icazə vermək niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə bazar günü Kyodo agentliyi məlumat yayıb. Onun sözlərinə görə, bu qərarın təfərrüatları hazırda hökumət səviyyəsində koordinasiya olunur. Yaponiya peyvənd pasportlarının verilməsinə iyul ayının sonundan başlamaq niyyətindədir.
Bu cür sertifikatların qarşılıqlı tanınmasına dair razılaşma məcburi karantin olmadan giriş ehtimalını nəzərdə tutur. Ancaq Yaponiya, hələlik, sərhədi keçdikdən sonra iki həftəlik təcrid tələbini davam etdirmək niyyətindədir. Bu, Yaponiya ilə Avropa ölkələri arasında qarşılıqlı səyahətin bərpası prosesini çətinləşdirir.