Xilasedicilər Holo adasında Filippin Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qəzaya uğradığı yerdə 42 hərbi qulluqçu və 3 mülki şəxsin cəsədini tapıblar.
Unikal.org-un məlumatına görə, bu barədə ölkənin Müdafiə Nazirliyi bildirib.
Bildirilib ki, beş hərbi qulluqçu itkin düşmüş hesab olunur.
CNN Philippines telekanalının verdiyi məlumata əsasən, sağ qalan 49 əsgərdən 32-si müalicə üçün Zamboanga şəhər xəstəxanasına köçürülüb.
"C-130" hərbi təyyarənin qəzaya uğradığı yerdə axtarış işləri hələ də davam edir.