Koronavirusun Hindistan variantı (delta ştammı) digər növlərdən daha ağır xəstəliklərə səbəb ola bilər.
Unikal.org xəbər verir ki, bunu ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi deyib.
Onun sözlərinə görə, virusun göstərilən variantı açıq şəkildə daha yoluxucu olur və insandan insana daha asan ötürülür.