Sovet İttifaqının dağılmasının 30-cu ildönümünü qeyd etməyə hazırlaşan Ukraynadan gələn görüntülər gündəm yaradıb.
Unikal.org xəbər verir ki, mərasimə hazırlaşan əsgər qadınlar məşq zamanı hündürdaban ayaqqabı ilə çıxış edib. Bu ukraynalıların reaksiyasına səbəb olub.
Hətta, Ukrayna Parlamenti sədrinin müavini Elena Kondratyuk Müdafiə Nazirinə, "Ölkəmizi və ordumuzu bu şəkildə NATO standartlarına yaxınlaşdırırsınız? Bu təhqirdir",- deyərək etirazını bildirib.